Avropa təhlükədədir, özünü müdafiə etməlidir - Leyen Dünya

Avropa təhlükədədir, özünü müdafiə etməlidir - Leyen

Avropa təhlükədədir, ona görə də AB-nin yenidən silahlanma planına müdafiə sektoruna investisiyalar və döyüşləri davam etdirmək üçün Kiyevə silah tədarükü daxildir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Avropa açıq təhlükə ilə üz-üzədir, ona görə də özünü müdafiə edə bilməlidir. Biz Ukrayna üçün elə bir şərait yaratmaq istəyirik ki, o, özünü müdafiə edə və davamlı sülhə nail ola bilsin. Ona görə də bu gün Avropa liderlərinə müdafiəyə 800 milyard avro sərmayə ilə qitəni yenidən silahlandırmaq planını təqdim edəcəyəm. Bu, Avropanın yenidən silahlanmasına və Ukraynanın döyüşləri davam etdirməsinə xidmət edəcək”, - Leyen bildirib.