Putindən Makrona cavab: O unudur ki... Dünya

Putindən Makrona cavab: O unudur ki...

Hələ də Napoleonun vaxtına qayıtmaq istəyənlər var, lakin bunun necə sona çatdığını unudurlar.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun açıqlamasında cavab olaraq deyib.

Ölkə başçısı hərbçilər sayəsində Makron kimilərinin istəyinin reallaşmayacağını nəzərə çatdırıb.

Xatırladaq ki, martın 5-də Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.