ABŞ əsgərlərini çəksin: Türkiyə ordusu girəcək! - Fidan Dünya

ABŞ əsgərlərini çəksin: Türkiyə ordusu girəcək! - Fidan

Biz Trampın Amerika qoşunlarını Suriyadan çıxarmasını gözləyirik.

Xalqcebhesi.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə koalisiya yaradacağıq.

ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, - deyə o bildirib.