

6 Mart 13:14
Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna silahlı qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ABŞ-ı dünya nizamını məhv etməkdə ittiham edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.
O, NATO-nun mövcudluğunu dayandıra biləcəyi və Rusiyanın növbəti addımının Avropaya hücum olacağı barədə xəbərdarlıq edib:
“ABŞ dünya nizamını məhv edir. Aydındır ki, Ağ Ev bütün Qərb dünyasının birliyini şübhə altına alır. İndi də Vaşinqton təhlükəsizlik məsələlərini ABŞ-ın iştirakı olmadan Avropaya həvalə etməyə çalışır”.
Qeyd edək ki, Tramp administrasiyası Zalujnıya Zelenskinin alternativi kimi yanaşır və seçkilər olacağı təqdirdə onun prezident seçilə biləcəyinə ehyam edirdi. Görünür, Zalujnı Trampın “təsəvvür etdiyi” kadr deyil və o, təhlükəsizlik məsələsində Zelenskinin fikirlərini bölüşür.