

6 Mart 13:14
Ukrayna nümayəndələri ilə görüşdə altı aylıq atəşkəs rejimi müzakirə ediləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.
O bildirib ki, ABŞ-Ukrayna görüşünün gündəliyinə müharibənin həllinə dair razılaşmanın əsas müddəaları və 6 aylıq atəşkəs daxil olacaq.
Qeyd edək ki, ABŞ və Ukrayna rəsmiləri arasında görüşün gələn həftə Ər-Riyadda keçiriləcəyi gözlənilir.