Trampdan Meksikaya jest: Rüsum tətbiq etmədi... Dünya

Trampdan Meksikaya jest: Rüsum tətbiq etmədi...

ABŞ Meksika məhsullarına tətbiq edəcəyi 25 faizlik tarifi aprelin 2-nə kimi təxirə salıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaumla danışıqlar zamanı belə razılığa gəldiklərini açıqlayıb.

“Mən bunu prezident Şeynbauma hörmət olaraq etdim. Biz sərhəddə həm qeyri-qanuni əcnəbilərin ABŞ-a daxil olmasının qarşısını almaq, həm də fentanil maddəsinin daşınmasını dayandırmaq baxımından birlikdə çox çalışırıq”, - Tramp bildirib.