
KİV: ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək
9 Mart 17:41
9 Mart 17:41
İtaliya ordusuna daha 30-40 min hərbçinin cəlb edilməsi nəzərdə tutulur.
Xalqcebhesi.az xəbər verir ki, bu addım ölkənin müdafiə qabiliyyətini artırmaq və ordunu gücləndirmək məqsədi daşıyır.
İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı orduda şəxsi heyətin sayının üçdəbirdən çox artırılmaqla təxminən 135 min nəfərə çatdırılmasına dair milli təhlükəsizlik planı üzərində işləyir. Bu prosesin 5-8 il arasında həyata keçiriləcəyi bildirilir.
Bundan başqa, yerli media BMT olmadan da Türkiyənin başçılıq edəcəyi Ukraynadakı böyük beynəlxalq missiyada İtaliyanın iştirakının nəzərdən keçirildiyini yazır.
Rəsmi Roma daha əvvəl yalnız BMT-nin çətiri altında sülhməramlı missiyanın bir hissəsi ola biləcəyini bəyan etmişdi.