Britaniya ABŞ-sız “Dörd Göz” alyansı yaratmaq istəyir Dünya

Britaniya ABŞ-sız “Dörd Göz” alyansı yaratmaq istəyir

Böyük Britaniya Kiyevlə kəşfiyyat mübadiləsi aparmaq üçün ABŞ-sız “Dörd Göz” alyansı yaratmağı təklif edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb.

“Söhbət “Beş Göz”dən (ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanı əhatə edən kəşfiyyat alyansı – red.) çıxmaqdan yox, onun çərçivəsində ABŞ-sız “Dörd Göz” yaratmaqdan gedir. Böyük Britaniyanın bəzi müdafiə rəsmiləri ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının verilməsinə qadağa qoymaması üçün alyans daxilində alt qrup yaratmağı təklif edir”, - məlumatda qeyd olunub.