

Rusiya hərbçiləri 2024-cü il avqustun 6-dan indiyədək Kursk vilayətində 32 yaşayış məntəqəsini azad edib.
Bu, TASS-ın Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarından irəli gəlir.
Təkcə martın 8-9-da Şimal qüvvələr qrupunun bölmələrinin hərəkətləri nəticəsində yeddi yaşayış məntəqəsi azad edilib.
Rusiya Müdafiə Nazirliyinin yanvarın 17-nə olan məlumatına görə, ilkin olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal edilən Kursk vilayətinin ərazisinin 63,2%-i (801 kv.km) (1268 kv.km) azad edilib. Yanvarın iki həftəsi ərzində hücum əməliyyatları zamanı Şimal qrupunun bölmələri dörd yaşayış məntəqəsini azad edib.
Cavid