

Ukrayna hakimiyyəti indiyədək münaqişənin sülh yolu ilə həlli üçün kifayət qədər istək nümayiş etdirməyib.
Bunu Amerika lideri Donald Tramp jurnalistlərlə söhbətində deyib.
Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində ondan soruşublar ki, Kiyev Vaşinqtonla Ukrayna resurslarına dair saziş imzalayacağı təqdirdə ABŞ Ukraynaya yardımı bərpa edəcəkmi?
"Düşünürəm ki, onlar resurs sazişi imzalayacaqlar. Amma mən onların sülh istəmələrini istəyirəm", - Tramp bildirib.
Ondan soruşublar ki, Kiyev bunu necə nümayiş etdirməlidir. “İndi onlar bunu lazım olan dərəcədə göstərmirlər, mən hesab edirəm ki, bunu hələ etməyiblər, amma düşünürəm ki, bu, yaxın iki-üç gündə özünü büruzə verəcək”, - deyə dövlət başçısı vurğulayıb.
Cavid