Tramp ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ciddə görüşündən yaxşı nəticəyə ümid edir Dünya

Tramp ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ciddə görüşündən yaxşı nəticəyə ümid edir

Amerika lideri Donald Tramp martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılacaq danışıqlardan sonra yaxşı nəticələrə ümid etdiyini bildirib.

O, təyyarəsində Ağ Evin mətbuat xidmətinin müxbirləri ilə danışarkən deyib:
"Düşünürəm ki, çox da uzaq olmayan gələcəkdə, bu həftə Səudiyyə Ərəbistanında keçiriləcık görüşdən olduqca yaxşı nəticələr görəcəyik".

Tramp Səudiyyə Ərəbistanında “müxtəlif danışıqların” aparılacağını və Ukrayna münaqişəsinin həllində “böyük irəliləyiş” gözlədiyini qeyd edib. "Oraya çoxlu yaxşı insanlar gedəcək. Düşünürəm ki, bu həftə çox böyük işlər baş verə bilər", - o əlavə edib.

Cavid