

Argentinada güclü yağışın səbəb olduğu sellər nəticəsində ölənlərin sayı artıb.
Xalqcəbhəsi.az-ın Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən məlumatına görə, Argentinanın Buenos-Ayres əyalət polisindən verilən açıqlamaya görə, liman şəhəri Bahia Blancada həyatını itirənlərin sayının 16 olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Həmçinin evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisinin hələ də kəsildiyi və suların çəkilməsinin gözləndiyi bildirilib.