ABŞ USAID proqramlarının 83%-ni ləğv edir Dünya

ABŞ USAID proqramlarının 83%-ni ləğv edir

ABŞ USAID-in proqramlarının 83%-i ləğv edir.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio “X”də etdiyi paylaşımda bildirib.

Marko Rubio bildirib ki ABŞ 6 həftəlik araşdırmadan sonra USAID-dəki proqramların 83%-ni rəsmi olaraq ləğv edir: “6 həftəlik araşdırmadan sonra biz USAID-dəki proqramların 83%-ni rəsmi olaraq ləğv edirik. Hazırda ləğv edilən 5200 müqavilə on milyardlarla dolları ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən (və bəzi hallarda hətta zərər vuran) yollara xərcləyib. Konqreslə məsləhətləşərək biz davam etdirdiyimiz proqramların qalan 18%-nin (təxminən 1000) Dövlət Departamenti nəzdində daha effektiv şəkildə idarə olunmasını nəzərdə tuturuq”.
Dövlət katibi prosesesdə iştirak edən İlon Mask rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) təşəkkür edib.