Hindistan-ABŞ sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Mumbaya dönüb Dünya

Hindistan-ABŞ sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Mumbaya dönüb

“Air İndia” aviaşirkətinin verdiyi açıqlamada “AI119” nömrəli reysin Mumbaydan ABŞ-nin Nyu-York şəhərinə uçduğu bildirilib.

Açıqlamada uçuş zamanı təyyarənin tualetində “bomba təhlükəsi” olan notun tapıldığı və təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönmə qərarının alındığı bildirilib.

Həmçinin açıqlamada təyyarənin ətraflı şəkildə araşdırıldığı, vəziyyətin nəzarət altına alındığı və uçuşun sabaha qədər təxirə salındığı paylaşılıb.