

Suriyanın ələvi icmasının liderləri İsrail rəsmilərinə, o cümlədən Baş nazir Benyamin Netanyahuya məktub göndərərək, yəhudi dövlətindən etnik azlığı Suriyanın yeni hökumətinin təqiblərindən “xilas etməyi” xahiş ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin “I24” telekanalı məlumat yayıb.
“Əsəd rejiminin süqutundan və ələvi bölgələrində xalqımıza qarşı törədilən qırğından sonra İsrail hökumətinə müdafiə, yardım və dəstək istəyimizi bildiririk”, - məktubda qeyd edilib.
Məktubda qeyd olunub ki, suriyalı ələvilər İsrailə əl uzadır və onlar yəhudi dövlətinin ən sadiq və ən yaxşı dostları olacaqlar.
Ələvi icmasının liderləri İsrailə qarşı bir neçə tələb də irəli sürüb: ordunun, o cümlədən hərbi-hava qüvvələrinin və donanmanın Suriya sahillərində mülki əhalinin qorunmasına səfərbər etmək, ələvilərin öldürülməsi məsələsini beynəlxalq səviyyəyə qaldırmaq və bunları mətbuatda işıqlandırmaq.