Kremldən Trampın Xameneiyə məktubu ilə bağlı açıqlama Dünya

Kremldən Trampın Xameneiyə məktubu ilə bağlı açıqlama

İran nüvə problemi ilə bağlı konstruktiv və qarşılıqlı hörmət əsasında danışıqlar aparmağa çalışır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın nüvə proqramı ilə bağlı təklifinə Tehranın reaksiyasını şərh edərkən deyib.

Qeyd edək ki, Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərdiyini və problemi hərbi yolla həll etməkdənsə, nüvə proqramı ilə bağlı razılığa gəlməyə üstünlük verəcəyini bildirmişdi. Xamenei isə İran hökumət rəsmiləri ilə həftəlik görüşü zamanı vurğulamışdı ki, Tehran yalnız öz maraqlarını düşünən ölkələrlə danışıqlar aparmayacaq.