USAID proqramlarının kütləvi şəkildə ləğvi Dünya

USAID proqramlarının kütləvi şəkildə ləğvi

ABŞ Dövlət Katibi Marko Rubio Prezident Donald Tramp administrasiyasının ABŞ-nin xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün dayandırılan xarici yardımla bağlı başlatdığı 90 günlük araşdırma ilə bağlı açıqlama verib. M.Rubio USAID nəzdindəki proqramların 83 faizinin altı həftəlik araşdırmadan sonra ləğv edildiyini açıqlayıb: “Ləğv edilən 5,200 proqram on milyardlarla dolları ABŞ-nin əsas milli maraqlarına xidmət etməyən (və bəzi hallarda zərər vuran) şəkillərdə xərclədi".

M.Rubio və əlavə edib ki, qalan 1000-ə yaxın proqram indi artıq Dövlət Departamenti və Konqreslə məsləhətləşmələr əsasında daha effektiv bir şəkildə idarə olunacaq: “Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) bu gecikmiş və tarixi islahatı həyata keçirmək üçün çox uzun saatlarla çalışan əməkdaşlarımıza təşəkkür edirəm".