

Rusiyanın hərbi qüvvələri Donetskin Pokrovsk rayonu uğrunda gedən döyüşlər zamanı Ukraynanın Dnepropetrovsk vilayəti ərazisinə daxil olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Dövlət Dumasının üzvü Viktor Vodolatski bildirib.
O qeyd edib ki, Pokrovsk ələ keçirilib və artıq hərbçilər Dnepropetrovsk vilayətinin ərazisinə daxil olub. Ukrayna qüvvələri rayon mərkəzini minalayaraq geri çəkilib.