
Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan
10 Mart 20:17
10 Mart 20:17
2020-2024-cü illərdə Türkiyə qlobal silah ixracatındakı payını 1,7%-ə çatdırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh İnstitutunun (SIPRI) qlobal silah ticarəti ilə bağlı hesabatında bildirilib.
Qeyd edilib ki, 2015-2019-cu illərdə bu göstərici 0,8% olub. Beləliklə, son 4 ildə Türkiyənin silah ixracı 103% artıb.
Hesabata görə, Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısı olub. Türkiyənin ən böyük silah alıcısı Birləşmiş Ərəb Əmirlikləridir ki, bu da ümumi ixracatın 18%-ni təşkil edir. BƏƏ-dən sonra 10 faizlə Pakistan və 9,9 faizlə Qətər gəlir.
Türkiyənin hərbi sənayesi inkişaf etdikcə xaricdən silah alışı azalıb. Son 4 ildə Türkiyənin qlobal silah idxalında payı 1,7%-dən 1,1%-ə düşüb.
Hesabatda Türkiyənin Afrika ölkələrinə silah ixracını artırmasının xüsusilə diqqətçəkən olduğu da vurğulanıb. Türkiyə son 4 ildə 9 Afrika ölkəsinə silah ixrac edib ki, bu da Afrika qitəsinin ümumi silah idxalının 11%-ni təşkil edir.