
Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan
10 Mart 20:17
10 Mart 20:17
16:35
Bir neçə ölkədə X sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidməti məlumat yayıb.
Məlumata görə, 46% istifadəçi proqramda nasazlıq olduğunu, 41% istifadəçi serverə qoşula bilmədiyini, 13% istifadəçi isə sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib:
“Ən çox şikayətlər Yaponiyadan gəlir. Tətbiqin fəaliyyətindən 70 mindən çox ölkə vətəndaşı şikayət edib”.
Qeyd olunub ki, sosial şəbəkə ilə bağlı problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə də qeydə alınıb.
***
X-in sahibi İlon Mask sosial şəbəkədə nasazlıq yaranmasını təsdiqləyib və bunu kiberhücumla əlaqələndirib.
Onun sözlərin görə, şəbəkə hər gün hücuma məruz qalır, ancaq bugünkü - çoxlu resursla, böyük qrup və ya ölkə ilə koordinasiya edilən hücum olub.