
Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan
10 Mart 20:17
10 Mart 20:17
Londonda yerləşən məşhur “Tower Bridge” körpüsü müvəqqəti olaraq nəqliyyat və piyadalar üçün bağlanıb.
Xalqcebhesi.az “Skay Nyus”a istinadən xəbər verir ki, hadisəyə bir nəfərin körpünün üst dayaqlarından birinə çıxması səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub, xilasetmə məqsədilə nərdivan quraşdırılıb və həmin şəxslə ünsiyyət qurmağa cəhd edilib.
Təxminən iki saat sonra London polisi şəxsin təhlükəsiz şəkildə yerə endiyini və körpünün qısa müddət ərzində yenidən açılacağını bildirib.
Polis məsələ ilə bağlı əlavə məlumat verməyib.