Suriyada heç kim bizə dərs verə bilməz - Ərdoğan Dünya

Suriyada heç kim bizə dərs verə bilməz - Ərdoğan

Suriya məsələsində heç kim bizə dərs verə bilməz. Biz ədalətsizliyi, terroru pisləyirik. Gərgin atmosferi tez bir zamanda geridə qoymaq üçün Suriya səlahiyyətlilərinə də lazımi təkliflər veririk.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriya Prezidenti Əhməd əş-Şara revanşizmə qapılmadan inklüziv siyasət aparır. Ümid edirik ki, Suriya tezliklə arzuladığı daimi sülh və əmin-amanlığa qovuşacaq", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, 6 martda Latakiyada devrilmiş prezident Bəşər Əsədin tərəfdarlarının təhlükəsizlik qüvvələrinə hücum etməsi ilə bölgədə toqquşmalar başlayıb. Suriya hökuməti əraziyə ordu yeridib və üsyançıların ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib. 10 martda Suriya MN əməliyyatların başa çatdığını elan edib.

Silahlı qruplaşma ilə toqquşmalarda Suriya hökumət qüvvələrinin aqressiv davrandığı və çoxsaylı mülki şəxsin öldüyü barədə məlumatlar var.