İsrail Suriyada ordu mövqelərinə zərbələr endirdi Dünya

İsrail Suriyada ordu mövqelərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın keçmiş ordusunun 89-cu zirehli briqadasının Dəra əyalətindəki bazasına hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriya TV-nin məlumatında deyilir.

Hava hücumundan sonra hərbi obyektdə bir neçə partlayış baş verib.

Həmçinin, raket və elektron döyüş sistemlərinin yerləşdiyi Suriya paytaxtından 65 km uzaqlıqda Ezraa şəhəri ərazisində Suriya hərbçilərinin mövqelərinə də zərbələr endirilib.