Zelenskidən kostyumla bağlı zarafat... Dünya

Zelenskidən kostyumla bağlı zarafat...

Ukrayna Prezidenti Vladimir Zelenski "Şevçenko mükafatı"nın təqdimetmə mərasimində çıxış edərkən, tədbirə kostyumsuz gəldiyinə görə bağışlanmasını istəyib.

Xalqcebhesi.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı video dövlət başçısı aparatının sosial şəbəkə hesabında yayımlanıb.

“Bir daha bütün ukraynalı yaradıcılara öz minnətdarlığımı bildirmək istəyirəm", - deyib.

Daha sonra o, təbəssümlə “Bağışlayın, mən kostyumda deyiləm” deyə zaraft edib.

Bundan sonra zalda alqış sədaları qopub.

ABŞ prezident administrasiyası Zelenskidən Ağ Evdə ABŞ prezidenti Donald Trampla danışıqlardan əvvəl uyğun geyinməyi xahiş edib. Lakin Ukrayna lideri bu xahişə məhəl qoymayıb və öz adəti üzrə gəlib. Oval kabinetdə keçirilən görüşdə jurnalist Brayan Qlenn Ukrayna liderindən kostyumunun olub-olmadığını soruşub. Bu sualdan sonra Ağ Evdə vəziyyət qızışmağa başlayıb və sonda danışıqlar Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında mübahisə ilə nəticələnib.

Qlenn daha sonra Zelenskiyə söylədiyi fikirlərə görə "minlərlə təhdid" aldığını bildirib.

Zelenskinin dizayneri Ağ Evdə Amerika lideri ilə danışıqlar zamanı onun imicini müdafiə edib.