

ABŞ ümid edir ki, Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ehtiyac qalmayacaq.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Bu məqamda hamıya aydın olmalıdır ki, ABŞ-ın Rusiya tərəfinə xərclər tətbiq etmək üçün alətləri var. Bununla belə, ümid edirik ki, bu, belə olmayacaq”, - Amerika diplomatiyasının rəhbəri Səudiyyə Ərəbistanına uçuş zamanı jurnalistlərlə söhbətində Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən deyib.
Münaqişənin həlli üçün ABŞ-Ukrayna danışıqlarının Ciddədə baş tutacağı gözlənilir.
Rubionun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın məqsədi münaqişənin aradan qaldırılması üçün hər iki tərəfi - Moskva və Kiyevi danışıqlar masası arxasına çəkməkdir.
Cavid