Silah qaçaqmalçılarına qarşı əməliyyat: 353 tapança və 913 silah hissəsi ələ keçirilib Dünya

Silah qaçaqmalçılarına qarşı əməliyyat: 353 tapança və 913 silah hissəsi ələ keçirilib

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Mersində qanunsuz silah istehsalı və silah qaçaqmalçılarına qarşı əməliyyat keçirildiyini bildirib.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, Mersin Respublika Prokurorluğunun birgə səyləri nəticəsində Mersin Polis İdarəsi TEM, KOM və Kəşfiyyat Şöbə Müdirliklərinin koordinasiyasında həyata keçirilən əməliyyatda əvvəllər müəyyən edilmiş bir evdə və bağçasında axtarış aparıldığını bildirən Ə.Yerlikaya, 353 ədəd xarici mənşəli tapança, külli miqdarda silah-sursat və 913 silah hissəsi ələ keçirildiyini , 3 şübhəlinin tutulduğunu qeyd edib.

Nazir əməliyyatı koordinasiya edən Mersin Respublika Baş Prokurorluğunu və polisləri təbrik edərək "Xalqımızın dincliyini pozanları və sənədsiz silah verən silah qaçaqmalçılarını bir-bir ələ keçirəcəyik" deyib.