İsrail ordusunun basqınında 3 fələstinli yaralanıb Dünya

İsrail ordusunun basqınında 3 fələstinli yaralanıb

İsrail ordusunun İordan çayının qərb sahilindəki Hebron şəhərinin cənubunda yerləşən Dura qəsəbəsinə basqın etdiyini qeyd edilib.

Basqına qarşı çıxan fələstinlilərə İsrail ordusu atəş açıb və nəticədə 3 nəfər yaralanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail ordusunun açdığı atəş nəticəsində yaralanan 3 nəfərin Dura Dövlət Xəstəxanasına gətirildiyi və burada müalicəsinin davam etdiyi deyilib.