İstanbulda DHKP/C-nin işçi strukturuna qarşı əməliyyat Dünya

İstanbulda DHKP/C-nin işçi strukturuna qarşı əməliyyat

DHKP/C terror təşkilatının işçi strukturuna qarşı həyata keçirilən əməliyyatda İstanbul və 3 vilayətdə bələdiyyə işçiləri də daxil olmaqla 38 nəfər haqqında həbs qərarı çıxarılıb.

Xalqcəbhəsi.az Türkiyə mediasına istinadən bildirir ki, eyni vaxtda keçirilən əməliyyatlarda 32 nəfər tutulub.

İstintaq çərçivəsində şahid qismində keçmiş Maltəpə bələdiyyə başqanı Əli Kılıç, zərərçəkmiş, Şişlinin keçmiş bələdiyyə sədri Həsən Hayri İnönü və Şişli bələdiyyə sədrinin keçmiş müavini Əmir Sarıgül ifadə verməyə çağırılıb.