Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb - YENİLƏNİB Dünya

Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb - YENİLƏNİB

Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 450 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, sərnişinləri və heyət üzvünü girov götürüb.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

***

15:09

Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 400 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, 100-ə yaxın şəxsi girov götürüb.

APA-nın “The Eurasian Times” portalına istinadən xəbərinə görə, hadisədən əvvəl atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.

Girovların arasında polis əməkdaşlarının da olduğu açıqlanıb.

İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.