ABŞ - Ukrayna danışıqları başa çatdı Dünya

ABŞ - Ukrayna danışıqları başa çatdı

13:29

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov təmsil edir.

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edir.

***

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların birinci raundu başa çatıb.

Bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts tərəflərin hədəfə doğru irəlilədiklərini bildirib.

Hazırda danışıqlarda fasilə elan edilib.

***

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Bu barədə “Faynənşl Tayms” (FT) məlumat yayıb.

Martın 12-də heç bir danışıq planlaşdırılmır.

Bildirilir ki, hər iki tərəf müzakirələrin yekunları ilə bağlı birgə bəyanat təqdim edəcək.