Putin düşmən olduğunu dəfələrlə sübut etdi – Leyen Dünya

Putin düşmən olduğunu dəfələrlə sübut etdi – Leyen

AB Rusiyanın düşmənçiliyi səbəbindən qitənin yenidən silahlanmasını sürətləndirmək üçün bütün maliyyə rıçaqlarından istifadə etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, hazırda Ukraynanın hərbi təchizatındakı boşluqların doldurulmasına və ölkəyə etibarlı təhlükəsizlik təminatlarının verilməsinə, eləcə də bütün Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsinə ehtiyac var:

“Putin düşmən qonşu olduğunu dəfələrlə sübut edib. Ona güvənmək olmaz, onu yalnız saxlamaq olar”.