Rusiyadan Macarıstana neft nəqli bərpa olundu Dünya

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Rusiyadan Macarıstana neft tədarükü bərpa edilib, Ukrayna silahlı qüvvələrinin hücumuna məruz qalan “Drujba” neft kəmərinə dəyən ziyan aradan qaldırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.

"Rusiya sistem operatoru Ukraynanın pilotsuz təyyarəsinin hücumu nəticəsində dəymiş ziyanı aradan qaldırıb və xam neftin "Drujba" kəməri ilə Macarıstana nəqli bərpa edilib", - deyə bildirilib.