Ukrayna ABŞ-ın təklifini qəbul etdi: 30 günlük atəşkəs... Dünya

Ukrayna ABŞ-ın təklifini qəbul etdi: 30 günlük atəşkəs...

Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ-ın Ciddə danışıqlarının yekunları üzrə birgə bəyanatında deyilir.

"Ukrayna ABŞ-ın 30 günlük müvəqqəti atəşkəs rejimini dərhal tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bu təklif tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə uzadıla bilər”, - deyə bildirilib.