Ağ Evdən ABŞ-Ukrayna danışıqları ilə bağlı açıqlama Dünya

Ağ Evdən ABŞ-Ukrayna danışıqları ilə bağlı açıqlama

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar müsbət və məhsuldar olub.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Ukrayna ilə danışıqlar barəsində bu gün boyunca aldığımız xəbərlər müsbət olub və görüş məhsuldar keçib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ciddə şəhərində ABŞ-Ukrayna danışıqları bu gün baş tutub.