Tramp elan etdi: Putinlə bu həftə danışacam! Dünya

Tramp elan etdi: Putinlə bu həftə danışacam!

ABŞ lideri Donald Tramp yaxın bir neçə gün ərzində Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün zəng etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Mən Vladimir Putinlə danışacam. Tanqoya iki adam lazımdır. Putinlə bu həftənin sonunda danışmağı planlaşdırıram”, - Tramp Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutan Amerika-Ukrayna danışıqlarının nəticələrini şərh edərkən bildirib.

Qeyd edək ki, Ciddədə bu gün baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.