
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
Portuqaliya parlamenti baş nazir Luis Monteneqro hökumətinə etimad göstərməyib.
APA xəbər verir ki, hələ bir ilini tamamlamamış hökumətin səsverməni keçə bilməməsinin səbəbi baş nazir Monteneqronun təsisçisi olduğu və siyasətə gəldikdən sonra səhmlərini həyat yoldaşı və iki uşağına verdiyi "Spinumviva" adlı ailə şirkəti ilə bağlı olan korrupsiya iddiaları olub.
Ümumilikdə 230 deputatın olduğu Parlamentdə 142 nəfərin əleyhinə, 88 nəfərin isə lehinə səsi ilə hökumət Parlamentin etimadını qazana bilməyib.
Portuqaliyada diktaturanın sona çatması və 1974-cü ildə demokratiyanın qurulmasından sonra ikinci dəfədir ki, bir hökumət etimad səsverməsində istefaya göndərilir.
Qeyd edək ki, analoji hal 48 il əvvəl 1977-ci ildə olub.