"Putin mətbuat konfransında Ukrayna ilə bağlı danışa bilər" Dünya

"Putin mətbuat konfransında Ukrayna ilə bağlı danışa bilər"

Rusiya prezidenti Vladimir Putin Kremldə keçirəcəyi press-konfransda Ukrayna ilə bağlı mövzu yaranarsa suallara cavab verə bilər.

Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov da istisna etməyib.

"Hər şey jurnalistlərin suallarından asılı olacaq", - Peskov TASS-a prezidentlərin ikitərəfli mövzularla məhdudlaşacaqlarmı, yoxsa ABŞ-ın son təşəbbüsləri fonunda Putinin də Ukrayna məsələsi ilə bağlı çıxış edə biləcəyi sualına cavab verib. Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlardan sonra cümə axşamı birgə mətbuat konfransı keçiriləcək.

Cavid