

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu həftə Rusiyaya səfər edəcək.
Bunu Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib.
O qeyd edib ki, Uitkoff Moskvada Rusiya rəhbərliyi ilə Ukrayna ilə barışıq ideyasını müzakirə etmək niyyətindədir. Bundan əlavə, Levitt ABŞ-ın Rusiya Federasiyası ilə digər kanallar vasitəsilə əlaqə saxladığını vurğulayıb. Mətbuat katibinin sözlərinə görə, Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals “rusiyalı həmkarı ilə telefonla danışıb”.
Cavid