İstanbulda avtobus qəfil yanmağa başlayıb Dünya

İstanbulda avtobus qəfil yanmağa başlayıb

İstanbulda sərnişin avtobusunun mühərrikindən qəfil tüstü çıxmağa başlayıb. İçində sərnişinləri olmayan avtobusun sürücüsü arxadan gələn sürücülərin ona xəbərdarlıq etməsindən sonra sağ zolağa keçib.

Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, alov sürətlə böyüyərək bütün avtobusu bürüyüb.

Xəbərdarlıq üzərinə bölgəyə yanğınsöndürmə qrupları gəlib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, avtobus yararsız hala düşüb.

Avtobusun yanması səbəbindən ərazidə sıxlıq yaranıb.