Ağ Evdən Ukrayna ilə bağlı açıqlama Dünya

Ağ Evdən Ukrayna ilə bağlı açıqlama

Ağ Ev Kiyevin 30 günlük atəşkəsə yaşıl işıq yandırmasından sonra Donald Tramp administrasiyasının Ukraynaya kəşfiyyat dəstəyi və müdafiə yardımı axınını bərpa etdiyini açıqlayıb.

Bildirək ki, fevralın 28-də Oval kabinetdə Prezident Tramp, vitse-prezident J.D.Vens və Ukrayna Prezidenti Vladimir Zelenski arasında aparılan müzakirələrdən sonra kəşfiyyat dəstəyi və hərbi göndərişlər dayandırılmışdı.