

11 Mart 22:49
11 Mart 19:51
İspaniyanın şimalındakı Burqos şəhərinin Atapuerka bölgəsində yaşı 1,1 ilə 1,4 milyon il arasında olduğu təxmin edilən Qərbi Avropanın ən qədim insan qalıqları tapılıb. Atapuerkada çalışan ispan elm adamlarının Nature jurnalında dərc edilən məqaləsində, 1,1 ilə 1,4 milyon il arasında olduğu vurğulanan fosil üz sümüklərinin Avropada “Homo affinis erectus” olaraq təsnif edilən yeni insan növünə uyğun gəldiyi bildirilib.
Xalqcəbhəsi.az xəbər verir ki, alimlər qeyd ediblər ki, bu tapıntı Qərbi Avropada erkən Pleistosen dövründə ən azı iki növün mövcud olduğunu göstərir.
Diqqətə çatdırılıb ki, indiyə qədər Qərbi və Mərkəzi Avropada ən qədim insan növü “Homo antecessor” kimi tanınırdı. Yeni kəşflə Avropa qitəsinə çatan ilk növün “Homo affinis erectus” olduğu bildirilib.