Aİ Şurasının sabiq Prezidenti: Ticarət müharibəsi Ağ Evdə başlayan ideyanın nəticəsi ola bilər Dünya

Aİ Şurasının sabiq Prezidenti: Ticarət müharibəsi Ağ Evdə başlayan ideyanın nəticəsi ola bilər

Ticarət müharibəsi Ağ Evdə başlayan ideyanın nəticəsi ola bilər. Bunu hamı bilir.

Bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.
O bildirib ki, əl-ələ verib Ümumdünya Ticarət Təşkilatı ilə işləmək fikrini dəstəkləyir: “Bu mənim düşüncəmdir. ÜTT çərçivəsində biz effektiv qərarların qəbuluna nail ola bilərik. Aİ nəinki ənənəvi tərəfdaşlarla, dünyanın digər hissələri ilə tərəfdaşlıq qurmalıdır. Gələcəkdə regional təşkilatlar daha mühüm rol oynayacaqlar. Ölkələrin öz siyasətləri var. Amma biz Aİ çərçivəsində Afrika, Asiya ilə, orada olan təşkilatlarla əməkdaşlıq edə, əlaqələr qura bilərik. Təhlükəsizlik məsələsi, müharibələr, böhranlar problemi var. Amma biz çalışırıq bu problemləri aradan qaldıraq”.