

ÜST Baş direktoru COVID-in düzgün idarə edilməməsi ilə bağlı ittihamlara cavab verib.
APA-nın xəbərinə görə, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, 2017-ci ildə qərar verilib ki, donorların çeşidi artırılsın: “Biz bir donordan asılı olmaq istəmirik. ABŞ bu təşkilatda qalıb prosesə dəstək olmalıdır ki, biz donor çeşidini artıraq. COVİD-in idarə edilməsi ilə bağlı əlimizdən gələni etmişik. Biz çıxardığımız dərslərə əsasən addımları müəyyənləşdirmişik. Biz dəyərlərimizə uyğun olmayan proseslərdə iştirak etmirik. Prezident Trampın ilk hakimiyyəti zamanı Rusiyaya, Çinə yox dedik. Bizim Çinin ideyalarına qarşı konkret mövqeyimiz var idi. ABŞ ayrılsa, biz büdcəmizin 20%-ni itirəcəyik. Biz ABŞ və digər ölkələrə əməkdaşlıq edib ABŞ-a başa salmağa çalışırıq ki, təşkilatda qalmalıdır”.