

Rusiya ordusunun əsgərləri Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Boquslavka şəhərinin kənarında yerləşən mövqelərinə hücumları davam etdirir. Düşmən itkilərə baxmayaraq, dayanmağa və əks hücuma keçməyə çalışır.
Bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.
Maroçko qeyd edib ki, rus artilleriyaçıları və dron operatorları “düşmən canlı qüvvəsini cəmləşdirmək və düşmənin hücum əməliyyatlarını boğmaq üçün fəal işləyirlər”.
Hərbi ekspert əlavə edib ki, sözügedən yaşayış məntəqəsi ərazisində hərbi əməliyyatların aktiv mərhələsi iki gündən çoxdur ki, davam edir.
Cavid