Türkiyədə infuenza virusu səbəbilə məhkumlar xəstəxanaya yerləşdirilib Dünya

Türkiyədə infuenza virusu səbəbilə məhkumlar xəstəxanaya yerləşdirilib

Türkiyənin Malatya bölgəsində həbsxanada olan 4 məhbus qrip infeksiyası şikayəti ilə xəstəxanaya müraciət edib.

Yoxlamalardan sonra eyni infeksiyadan şikayət edən 34 məhkum da həbsxanaya çağırılan təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına göndərilib.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, xəstəxanaya aparılan 34 nəfər infuenza virusu şübhəsi ilə müalicə olunub. Onların müalicəsi davam edərkən, eyni zamanda, polis və jandarma qrupları tərəfindən həmin xəstəxanalarda geniş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, müalicə olunan 34 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib.