İsveçdə məktəblərdə telefon qadağası Dünya

İsveçdə məktəblərdə telefon qadağası

İsveçin təhsil naziri Lotta Edholm keçirdiyi mətbuat konfransında ölkədəki ibtidai və orta məktəblərdə telefonların qadağan olunduğunu açıqlayıb.

L.Edholm şagirdlərin telefonlarının sinifə girməzdən əvvəl toplanacağını və seyfdə kilidlənəcəyini, müəllimlərin isə mobil telefonlarını uyğun gördükləri yerə qoyub dərs zamanı istifadə etməyəcəklərini bildirib.

Nazir məktəblərdə smartfonlara qadağanın 2026-cı il iyulun 1-dən başlayacağını açıqlayıb.