

14 Mart 08:53
Aralıq dənizində 4,5 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi açıqlamaya görə, zəlzələnin episentri Aralıq dənizi olaraq müəyyən edilib.
Xalqcəbhəsi.az “sozcu.com.tr”yə istinadən xəbər verir ki, zəlzələnin yerin 7,76 kilometr dərinliyində baş verdiyi bildirilib.
Zəlzələdən sonra hər hansı can və ya mal itkisinin olub-olmadığı ilə bağlı hələ bir açıqlama verilməyib.
Həmçinin bölgədəki vətəndaşların səlahiyyətlilərdən gələn açıqlamaları panikaya düşmədən izləmələri lazım olduğu qeyd olunub.