Tramp: Putinlə çərşənbə axşamı görüşməyi planlaşdırıram Dünya

Tramp: Putinlə çərşənbə axşamı görüşməyi planlaşdırıram

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb. Tramp çərşənbə axşamı elan edəcəyi bəzi xəbərlərin ola biləcəyini söyləyib.

Floridadan Vaşinqtona səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Tramp həftə sonu Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq səylərinə toxunaraq bu yöndə çox iş görüldüyünü qeyd edib.

O, "Müharibəyə son qoya biləcəyikmi bunu görmək istəyirik. Bəlkə edə bilərik, bəlkə də bacarmarıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var" deyib.

ABŞ Prezidenti jurnalistlərə bu məsələ ilə bağlı müzakirələrdə torpaq və elektrik stansiyaları kimi mövzuların da yer aldığını söyləyib.