Ukraynanın daha 77 PUA-sı məhv edilib Dünya

Ukraynanın daha 77 PUA-sı məhv edilib

Axşam və səhər saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynanın 72 pilotsuz uçuş aparatını vurub, onların yarısı Kursk vilayətində olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kursk vilayəti ərazisi üzərində 36 PUA, Həştərxan vilayəti ərazisi üzərində 13 PUA, Oryol vilayəti ərazisi üzərində 7 PUA, Volqoqrad vilayəti ərazisi üzərində 4 PUA, Bryansk, Rostov vilayətləri və Kalmıkiya Respublikası əraziləri üzərində ümumilikdə 9 PUA, Krasnodar vilayəti üzərində 7 PUA, Tula üzərində 1 PUA vurulub.

Cavid