Kreml Putinin sabah Trampla telefonla danışacağını təsdiqləyib Dünya

Kreml Putinin sabah Trampla telefonla danışacağını təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı martın 18-nə planlaşdırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Putin və Tramp arasında gözlənilən müzakirənin təfərrüatlarını açıqlamasa da, telefon danışığının hazırlandığını təsdiqləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.